Cəmiyyət

Bu şəxslərə ŞAD XƏBƏR: Sentyabrın 1-dən maaşları ARTACAQ - VİDEO

18 Avqust 2022 23:31
0 Şərh     Baxış: 2 801

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən bu ilin sentyabrın 1-dən müəllim, direktor və müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr ediləcək.   

Əlavələrin məbləğinə gəlincə isə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı müvafiq fərmanın icrası ilə bağlı Nazirlər Kabineti qaydaları təsdiq etdikdən sonra detallar daha geniş şəkildə ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi sertifikatlaşmanın nəticəsinə görə təyin olunacaq.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics