FHN hərbçilərinin intim videosunu paylaşmaq medianın qəbahətimi, xəyanətimi, doğrusumu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda ölkə FHN-in yüksək rütbəli zabitinin çəkdiyi iddia olunan intim videoların sosial mediada yayılması səbəbindən çaxnaşmaqdadır.
Belə məlum olub ki, bu videoların "müəllifi" Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Zaur Mirzəyevdir. İddialara görə o, öz əməkdaşları ilə xidməti otağında cinsi münasibətə girib və həmin anları lentə alıb. Kadrların 2014-cü ildə çəkildiyi bildirilir. Media əvvəlcə bu görüntülərin başqaları tərəfindən çəkildiyini iddia etdi. Amma sonradan yayılan digər görüntülərlə intim videoların Zaur Mirzəyevin özü tərəfindən çəkildiyi təsdiqini tapdı. Belə ki, görüntülərdən birindən onun kameranı necə nizamladığı aydın görünür.
Milli.Az "yeni müsavat"a istinadən bildirir ki, videolardakı qadınların bir neçəsi ailəlidir.
O da qeyd olunur ki, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Z.Mirzəyev bütün bu "əməliyyatları" FHN-in Xətai rayonundakı inzibati binasında həyata keçirib.
"Qəhrəman" Zaur Mirzəyevin şəxsi köməkçisi olduğu general-mayor Füzuli Əsədov keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır və o uzun illərdir ki, FHN-də önəmli vəzifələri icra edir.
"Proses" barədə məlumat verdikdən sonra, onu da əlavə edək ki, hazırda cəmiyyət bu videoların yayılması faktına görə iki yerə bölünüb. Bir qism insanlarımız iddia edir ki, bu videolar yayılmalı, dövlət binalarında baş verən biabırçılıq ifşa olunmalı və səbəbkarlar cəzalandırılmalıdır. Lakin kifayət qədər ciddi simalardan oluşan ikinci qism insanlarımızsa iddia edirlər ki, media bu videoları yaymamalı idi. Məsələn, "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi"nin sədri Mehriban Zeynalova hesab edir ki, bu vodeoların yayılması düzgün deyil. Onun baxışına görə, bu videolarda yer alan qadınlar seksual qısnamaya məruz qalıblar. Onlara qarşı təzyiq və cəza tədbirləri yolverilməzdir, onsuz da bu videoların yayılması səbəbindən videodakı qadınlar ciddi zərbə alıblar.
Məsələnin maraqlı tərəfi budur ki, bir çox tanınmışlar məlum videoların yayılmasına görə orada rol alanları deyil, məhz medianı qınayırlar. Məsələn, tanınmış hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulu seks video skandalında medianı mühakimə edənlərdəndir.
Onun Musavat.com-a göndərdiyi açıqlamada iddia olunur ki, hərbi geyimdə olan şəxslərin intim videolarını paylaşmaq heç cür olmazdı və bu, "...Azərbaycanın dövlət atributlarına qarşı edilmiş təhqir qədər cinayət xarakterlidir. Mövcud görüntuləri xəbər mövzusu etməyin özü həm də cəmiyyətə və dövlətə qarşı ən böyük tərbiyəsizlikdir".
Maraqlıdır ki, tanınmış ekspert dövlət müəssisələrində və hərbi geyimdə tərbiyəsizlik edənləri, hərbi mundirdə və xidmət zamanı cinsi əlaqəyə girib, bunu çəkənləri deyil, bu videoları yayan medianı amansız şəkildə ittiham edir.
Sitatı olduğu kimi təqdim edirik: "FHN hərbi qulluqçularının video görüntülərini paylaşmaq media əməkdaşlarının növbəti ciddi xətasıdır. Məsələ hadisədə iştirak edən şəxslərin cəmiyyət içində tənqid olunması olaraq qiymətləndirilməli deyil. Uniformanın həm də dövləti təmsil etdiyini unutmaq olmaz. Hər nə olursa - olsun, hərbi geyimə ləkə olabiləcək görüntüləri çirkin əməllər zəminində xəbər olaraq paylaşmaq Azərbaycanın dövlət atributlarına qarşı edilmiş təhqir qədər cinayət xarakterlidir. Mövcud görüntuləri xəbər mövzusu etməyin özü həm də cəmiyyətə və dövlətə qarşı ən böyük tərbiyəsizlikdir.
Üstəlik bu məlumatların düşmənlərimiz tərəfindən də oxunduğunu nəzərə alsaq tamamilə təxribat xarakterlidir. Bu səbəblə törədilmiş əməllər hüquq normativlərin çərçivəsində qapalı şəraitdə öz həllini tapmalı idi. Növbəti uğursuz çirkab oyunlar və rekert jurnalistikası tərəfindən düşünülməmiş dəstək... Bu kəsinliklə sosial və mənəvi dəyərlərimizə qarşı qəsdli olaraq atılmış addımdır. İllər əvvəl yazılmış video görüntüləri belə bir vaxtda paylaşmaq böyük oyunların kiçik parçasıdır. 5-ci kalon iş başındadır''.
Alp Arslan İmamqulu hesab edir ki, bütün bunlar "5-ci kolon"un işidir və Azərbaycana qarşı oynanılan məkrli oyunun bir parçasıdır. Onun fikrincə,əks halda 8 il öncə çəkilmiş videolar məhz indi dövrüyyəyə buraxılmazdı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?
-
Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
XƏBƏR LENTİ
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov





