İşbazlara xəbərdarlıq: "Ciddi tədbirlər görülür" - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Viktoriya" (Çexiya, Plzen) klubunu qəbul edəcək.
Fəqət oyun üçün nəzərdə tutulan biletlərin satışıyla bağlı ciddi problem yaranıb.
İki gündür ki, azarkeşlər istər sosial şəbəkələrdə, istərsə də kassaların qarşısında bununla bağlı narazılıqlarını dilə gətirirlər. Məlum olduğu kimi, Ağdam təmsilçisinin ÇL matçlarına biletlər artıq "iticket.az" saytı vasitəsilə də satılır. Lakin biletlər satışa çıxdığı vaxtdan qısa müddət sonra adıçəkilən portala girişdə problem əmələ gəlib. Belə ki, əksər vətəndaşların hesabından müəyyən vəsait silinsə də, onlara biletin alınmasıyla bağlı təsdiq mesajı gəlməyib.
Milli.Az offsideplus.az-a istinadən bildirir ki, digər aktual problemlərdən biri isə "qara bazar"dır. Bəzi şəxslərin, belə demək mümkünsə, işbazların əlində cəmlənən biletlər insanlara dəyərindən qat-qat baha qiymətə satılır. Bu hallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə əsasən, həmin şəxslər məsuliyyət daşıyırlar. Bu işbazları müvafiq qaydada 700 manatdan 6,000 manatadək cərimə gözləyir.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Qurum rəsmisi Offsideplus.az-ın sorğusuna cavab olaraq bu məsələnin hüquq mühafizə orqanlarının ciddi nəzarətində olduğunu və həmin şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini bildirdi: "Bu məsələ diqqət mərkəzimizdədir. Daxil olan məlumatlara çevik reaksiya verilir və həmin şəxslər müəyyən olunaraq barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülür. Tədbirlər oyun günü də davam etdiriləcək. Bununla bağlı ərazi polis orqanlarına müvafiq göstərişlər verilib".
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:45-də başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər





