Cəmiyyət

Yağış bölgələrdə fəsadlar törətdi: Daşkəsəndən sel keçdi - VİDEO

9 Avqust 2022 10:37
0 Şərh     Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti bır sıra fəsadlar yaradıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Goranboya dolu yağıb. Hava şəraitinin qəfil dəyişməsi ilə əvvəlcə leysan yağıb, sonra doluya çevrilib. İri buz parçları rayon mərkəzi ilə yanaşı, Qızılhacılı qəsəbəsində, Boluslu, Məşədiqaralar kəndlərində müşahidə edilib. Ölçüsü qoz, fındıq boyda olan dolu 10 dəqiqəyə yaxın davam edib. Təbiət hadisəsi payızda yetişən meyvələrə zərər vurub. Həmçinin rayonun bir sıra kəndlərində elektrik enerjisi verilişində fasilələr yaranıb.

Daşkəsəndən də sel keçib. Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar və Gəncəçay-Alaxançallı məntəqələrindən qısamüddətli sel keçib.

Ölkədə sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.