Sədərəyə gedən avtobus marşrutları ləğv edilib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sədərək Ticarət Mərkəzinə hərəkət edən marşrut avtobuslarının sayının azaldılması ticarət mərkəzinin sahiblarlarının narazılığına səbəb olub.
Bu barədə Trend-ə ticarət mərkəzinin sahibkarları məlumat verib.
Sahibkar Allahyar Musayev bildirir ki, ticarət mərkəzinə müştəri axını çox olsa da, bu istiqamətdə hərəkət edən marşrut avtobislarının sayı kəskin azaldılıb.
"Ticarət Mərkəzinə cəmi bir marşrut işləyir. 211 saylı marşrut xətti əvvəllər normal işləsə də, son vaxtlar həmin marşrutdakı avtobusların sayı azaldılıb. Əgər əvvəllər buradan marşrut avtobusu 5-10 dəqiqədən bir çıxırdısa, indi yarım saatlarla avtobus gözləyirik. Elə olur ki avtobus bir saatdan bir gəlir. Ticarət mərkəzinə gəlib-getmək mümkün olmur. Avtobusda və dayanacaqlarda sıxlıq yaranır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də, problemin həllinə çalışan yoxdur. Nəticədə sahibkarlar da əziyyət çəkir, müştərilər də", - sahibkar bildirib.
Digər sahibkar Namiq Həsənov isə bildirir ki, əvvəllər şəhərin mərkəzi hissələrindən Sədərək Ticarət Mərkəzinə 10-a yaxın marşrut xətti işləsə də, son vaxtlar həmin marşrutların fəaliyyəti qəfil dayandırılıb: "Əvvəllər Bakının Nizami rayonu, Yasamal rayonu, Xətai rayonu istiqamətindən, "Xalqlar Dostluğu", "Gənclik", "28 may", "20 yanvar" metro stansiyalarının qarşısından bu istiqamətə ayrıca marşrut xətləri işləyirdi. Hər marşrut xətti üzrə 20-dən çox avtobus fəaliyyət göstərirdi. Amma bir ildən artıqdır ki, həmin marşrutların fəaliyyəti tam dayandırılıb. İndi yalnız "Memar Əcəmi" metrostansiyasından 211 saylı marşrut xətti gəlir, digər marşrut xətləri isə ləğv edilib. Mən hər gün "Xalqlar dostluğu"stansiyasından işə gəlmək üçün saatlarla yollarda qalıram".
Sahibkar bildirir ki, son vaxtlar Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən yeganə marşrut xətti olan 211 saylı marşrut xəttində avtobusların sayı azaldılıb: "Əvvəllər 211 saylı marşrut xəttində 15-17 avtobus işləyirdi. İndi həmin avtobusların sayı 7-yə endirilib. Nəticədə. 1 saat, saat yarım avtobus gözləyirik. Artıq dözülməz həddəyik. İş yerindən evə, evdən iş yerinə 3 saata çata bilmirik".
Bakı Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun "20 Yanvar", "Elmlər Akademiyası", "Avtovağzal" və "Gənclik" stansiyaları ilə birbaşa əlaqələndirir.
"Vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ticarət mərkəzi istiqamətində sərnişindaşımaların yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib, 211 nömrəli marşrut "BakuBus" MMC-yə həvalə edilərək, avtobuslar müasir iritutumlu avtobuslarla əvəzlənib. Hazırda isə Sədərək Ticarət Mərkəzini "Xalqlar Dostluğu", "Neftçilər", "Qara Qarayev", "Koroğlu" və "Sahil" metro stansiyaları ilə əlaqələndirən ekspres xəttin təşkil edilməsi istiqamətində təhlil işləri aparılır.
Bütün digər, o cümlədən Sədərək Ticarət Mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. "BakuBus" MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir", - deyə məlumatda qeyd olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
XƏBƏR LENTİ
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır





