Evinizdə təmir aparan zaman diqqətli olun: Bu hallarda cərimələnə bilərsiz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təmirli, rahat şəraitli evdə yaşamaq hər kəsin istəyidir. Xüsusi ilə ölkəmizdə əksər şəxslər evin tikilməsi, təmir olunması məsələlərinə çox həssas və əsas məsələ kimi yanaşırlar. Demək olar ki, hər 10 ailənin 5-i istənilən mövsümdə başını təmir işləri ilə məşğul edir. Hətta bu mövzu ilə bağlı məşhur bir deyim də var:
"Kiməsə bəd dua etmək istəsəniz, deyin ki, başın təmirə qarışsın". Yəgin ki, bu da təmir prosesinin necə ağır və məşəqqətli olmasını bildirir.
Lakin bəzi hallarda sözügedən təmir işləri vətəndaşın cərimələnməsi ilə nəticələnə bilər. Belə ki, köhnə tikili hökümət evində yaşayan Gülay Tağızadə bildirir ki, o şəxsi evlərində hamam və sanitar qovuşağ otaqlarını birləşdirdikləri üçün problemlə üzləşiblər:
"Bizim ev köhnə tikili bina evidi və öz adımızadır. Evdə remont işləri apardıq və hamam, tualeti birləşdirdik. Kommunalnıdan gəlib narahat edirlər ki, evdə dəyişiklik etmisiniz və deyirlər hökumətə fotoları göndərsək 550 manat cərimə edəcəklər. Bu nə dərəcədə doğrudur?"
Hüquqşünas Əsabəli Mustafayev bizim mediaya bildirib ki, vətəndaş ona məxsus olan mənzildə istənilən təmir işlərini apara bilər, amma:
"Yeganə məhdudiyyət budur ki, həmin təmir işləri binanın aparıcı konstruksiyasına zərər verməsin. Əks təqdirdə, bina qəza vəziyyətinə düşə və faciəyə səbəb ola bilər. Ona görə də hesab edirəm ki, belə təmir edilən evlərdə yoxlanışlar aparılmalıdır. Əgər heç bir qəza şəraitinə səbəb olmayıbsa, məhkəmə o cəriməni tətbiq etməyəcək. Əks təqdirdə, əgər təmir evin konstruksiyasına ziyan vurubsa həmin şəxs cərimə edilməli və mənzil ilkin vəziyyətə gətirilməlidir", - deyə Ə. Mustafayev bildirib.
Həmçinin tikinti mütəxəssiləri qeyd edir ki, bu məsələdə sökülən mənzilin bir daş və 2 daşlı, beton pilitəli olması da önəmli faktordur.
Əgər sökülən divarlar kərpicdən və 1 qat daşdandırsa bu dayaq konstruksiyası sayılmır və söküntüsündə də ciddi problem yaşanmır. Buna görə də bünövrənin sağlam inşa edilməsi kimi vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
XƏBƏR LENTİ
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var





