"Bu, dövlət başçısının şəhid ailələrinə növbəti humanitar yanaşmasıdır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Prezident İlham Əliyev qanunvericiliyin yaratdığı problemi həm şəhid ailələri, həm də Qarabağ əlilləri üçün "birdəfəlik ödəmə" ilə həll etdi. Bu, dövlət başçısının şəhid ailələrinə və qazilərə növbəti humanitar yanaşmasıdır. Biz bunu yüksək qiymətləndiririk".
Bunu report-a açıqlamasında "Qarabağ qaziləri" İctimai Birliyi sədri Asəf Əliyev deyib.
Onun sözlərinə görə, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarına sığorta pullarının verilməsi problem olaraq qalırdı: "Məsələ ilə bağlı bir neçə il əvvəl, hələ baş qazimiz Etimad Əsədovun sağlığında təşkilatımız "Şəhid Ailələri" İctimai Birliyi ilə birgə bu məsələni qaldırmışdı".
A.Əliyev vurğulayıb ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilərə hər zaman humanist yanaşma ortaya qoyub. Təşkilat sədri söyləyib ki, Prezident İlham Əliyev müharibədə iştirak edən insanlara həmişə diqqət və qayğı göstərib.
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunun yaratdığı problemi yaxından bilən təşkilat olaraq, "Qarabağ qaziləri" İctimai Birliyi adından bu humanitar addıma görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk. Biz - Qarabağ qaziləri həmişə olduğu kimi, yenə də Prezident, Ali Baş Komandan İlham Əliyevin yanındayıq. Onun Azərbaycanımızın çiçəklənməsi, dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində gördüyü bütün işləri dəstəkləyirik".
A.Əliyev, eyni zamanda, bu işin başa gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib: "Ümid edirik ki, bu işin icrasını həyata keçirəcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesi uğurla başa çatdıracaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir





