Cəmiyyət

Korrupsiyaya görə tutulan vəzifəli şəxs azadlığa buraxıldı

27 İyul 2022 12:48
Baxış: 1 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Korrupsiyada ittiham edilərək həbs olunan "Azərbaycan Standartlaşdırma İnstitutu"nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini Rafiq Əzizovun məhkəməsi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən R.Əzizova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə prosesində bildirilib ki, hökm elan edilərkən R.Əzizovun həbsdə saxlanıldığı 9 ay 20 gün müddət nəzərə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.