Cəmiyyət

Məşhur “qanuni oğru” saxlanıldı - FOTO

26 İyul 2022 08:40
0 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriminal aləmdə Saşa Kuşner kimi tanınan "qanuni oğru" Aleksndr Kuşnerov saxlanılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 55 yaşlı kriminal avtoritet Minskdə Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən salanılıb.

O, Rusiyanın kriminal aləminin lideri Zaxari Kalaşovun (Şakro Molodoy) varisi adlandırılan "qanuni oğru" Badri Koquaşviliyə (Badri Kutaisski) sui-qəsd cəhdində şübhəli bilinir.

Qeyd edək ki, Aleksandr Kuşnerov Belarusun Qomel şəhərindəndir. O, ömrünün çox hissəsini dəmir barmaqlıqlar arxasında keçirib. "Qanuni oğru" statusunu isə 2011-ci ildə alıb. Saşa Kuşner İstanbulda qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə bilinirdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.