Cəmiyyət

Yol polisinə yeni rəis təyin olundu

14 İyul 2022 20:14
0 Şərh     Baxış: 2 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Müşviq Əliyev Goranboy rayon Yol Polisi Şöbəsinə rəis təyin olunub.

M.Əliyev bu təyinata kimi Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi vəzifəsində çalışıb.

Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.