Cəmiyyət

Bakıda sürücünün həyatını xilas edən polis əməkdaşı danışdı - VİDEO

12 İyul 2022 15:30
1 Şərh     Baxış: 1 424
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda polis əməkdaşları sükan arxasında huşunu itirən sürücünün həyatını xilas edib.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlar paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində çəkilib. Görüntülərdən aydın olur ki, post-patrul avtomobili qəfil yol kənarında dayanır və iki polis əməkdaşı düşərək qarşıda hərəkətdə olan avtomobilə doğru qaçırlar. 

"Xəzər Xəbər"ə danışan Əlahiddə Çevik Polis Alayının polis-serjantı Rəşad Abdulov deyib ki, xidmət yoldaşı Rüfət Kərimovla sükan arxasında sürücünün huşunu itirdiyini görüb, dərhal ona köməyə qaçıblar.

56 yaşlı həmin şəxs xəstəxanada həkimlərə bildirib ki, axşam yediyi qiqdadan zəhərlənib. Ona ilkin yardım edilib, vəziyyəti hazırda normaldır.

Rəşad Abdulovun sözlərinə görə, hadisələrə belə çevik reaksiya verməyi onlar təlimlərdə öyrəniblər. O, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bundan sonra da əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, Rəşad Abdulov 18 ildir asayiş keşikçisidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.