Cəmiyyət

Bakıda niyə tez-tez avtobus qəzaları baş verir? - VİDEO

9 İyul 2022 15:22
1 Şərh     Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin 6 ayı ərzində ölkə üzrə avtobus və mikroavtobusların iştirakı ilə 29 yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət yol polisi idarəsinin şöbə rəisi  Rövşən Tağıyev qəzaların hansı səbəbdən baş verdiyinə aydınlıq gətirib. 

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, gündəlik ictimai nəqliyyatdan istifadə edən sərnişinlər də qəzaların sürücülərin məsuliyyətsizliyi ucbatından baş verdiyini deyirlər. 

Avtobus sürücüləri də bənzər qənaətdədirlər. 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, baş verən qəzaların əsas səbəbi avtobus parkının yeni olmamasıdır. Ekspert bu göstəricinin minimuma endirilməsi üçün həyata keçirilməli olan tədbirlərə də diqqət çəkib. 

Ərşad Hüseynov əlavə edib ki, sürücülərin seçimi, onların iş və istirahət rejimlərinə nəzarət, eləcə də avtobus və mikroavtobusların müasirliyi kimi məsələlərdə daşıyıcı şirkətlərin də üzərinə böyük məsuliyyət düşür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.