Cəmiyyət

Rayonlara gedən sürücülər, diqqətli olun! - VİDEO

9 İyul 2022 15:07
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban bayramı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. Tətil günlərində rayonlara istrahətə gedəcək sürücülərə yollarda maksimum dərəcədə diqqətli olmaları tövsiyə edilir. Üstəlik, yol polisi hadisələrin qarşısını almaq məqsədilə yollarda nəzarəti də artıracaq. 

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, 4 günlük bayram tətilini fürsət bilənlər rayonlara üz tuturlar.

Magistral yollarda ağır yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün yol polisi hərəkətə keçib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyir ki, Qurban bayramı günlərində paytaxt sakinlərinin bir çoxu rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə gedəcəyi üçün avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi artacaq. Ona görə də uzaq yola çıxan sürücülərə diqqətli olmaları tövsiyə edlir. 

Qurban bayramı günlərində yol polisi gücləndirilmiş rejimdə işləyəcək. Yollarda qaydaları pozan sürücülər aşkar edilsə, onlar qanunvericiliyə uyğun olaraq inzibati qaydada cərimə olunacaqlar.

Yol Polisi səfərə çıxmazdan əvvəl sürücülərə avtomobilin texniki vəziyyətinə də diqqət yetirmələrini, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələrini, eləcə də soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmalarını tövsiyə edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.