Bakının Yasamal rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsində baş verib.
Belə ki, 1967-ci il təvəllüdlü Əhmədov Ağası Əhməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Milli.Az