Bakıda yaşlı kişi bıçaqlanıb

9 İyul 2022 08:28

Bakının Yasamal rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Əhmədov Ağası Əhməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az