Meymunçiçəyi bir ADDIMLIQDA, necə QORUNAQ? - Həkimdən vacib TƏLİMAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın 30 ölkəsində meymunçiçəyi ilə bağlı vəziyyət gərgindir. Ötən gün isə bununla bağlı xəbərlər qonşu Türkiyədən gəldi. Qardaş ölkədə 37 yaşlı bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb. İmmun sistemi çatışmazlığı olan xəstə təcrid edilib. Türkiyədən əvvəl isə qonşu Gürcüstanda meymunçiçəyi xəstəliyi aşkarlanmışdı.
Demək ki, yeni virus bir addımlıqdadı?
Milli.Az xəbər verir ki, tanınmış terapevt Rasif Bağırov bizim.media-ya açıqlamasında meymunçiçəyinin Azərbaycanda da yayılması mümkünlüyündən danışıb:
"Bu ehtimal artır. Amma meymunçiçəyinin yayılma arealı sıx olmadığı üçün bu virus o qədər də təhlükəli hesab olunmur. Çünki bu virusun yayılma sürəti ilə ölüm halının baş verməsi nadir hallarda baş verir və korona kimi vahiməyə düşməyə dəyməz. Meymunçiçəyi virusu əsasən təmasla keçir. Amma tənəffüs və ya hava yolu ilə də keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir. İstənilən halda insanlar bir-biri ilə koronavirusda da olduğu kimi məsafə saxlamalıdır.
Yenə də yaxşı olar ki, qoruyucu maskadan istifadə olunsun və insanlarla əl kontaktı yığşdırılsın. Əllə görüşüb, qucaqlaşmaq həmin prosesə təkan verir. Meymunçiçəyi ağız vasitəsilə qana keçib bədəndə yayıla bilir. Bu məsələdə də koronavirus kimi immunitet rol oynayır və xəstəliyə qədərki immunitetdən söhbət gedir".
Həkimin sözlərinə görə meymunçiçəyinin suçiçəyindən fərqi səpgilərin ölçülərindədir:
"Suçiçəyinin səpkiləri həddindən artıq kiçik olur. Diqqətlə baxanda səpgiləri görmək olur və səpgilərin ucu sulu olur. Amma meymunçiçəyində səpgilərin ölçüləri çox böyük və sıx olur. Xəstəyə baxanda insan vahiməyə düşür".
Rasif Bağırov onu da əlavə edib ki, meymunçiçəyi ilə bağlı Azərbaycanda karantin qaydalarının sərtləşməsinə, hansısa məhdidiyyət və qadağalara ehtiyac yoxdur:
"Dövlət səviyyəsində müəyyən məhdudlaşdırıcı tədbirlərin baş verməsini güman etmirəm. Dünyanın ən çox yayılan ölkələrində də hələki sərtləşmədən söhbət getmir. Çox ciddi kontakt olmasa, meymunçiçəyi yayılmır. Ona görə də hər hansı qadağalara və yaxud yeni tədris dövründə mətktəblərin onlayn rejimə keçməsi ilə bağlı qərarların verilməsinə ehtiyac görmürəm".
Xatırladaq ki, bir müddət əvvəl Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyi xəstəliyini pandemiya elan edib.
Meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri "çiçək" xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır - qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.
Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir. İlk dəfə meymunda aşkar edilən virusa indiyədək 30-dan çox ölkədə rast gəlinib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
XƏBƏR LENTİ
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Pakistanda zorakılığa məruz qalan azərbaycanlı qızla bağlı faktlar - (Foto)





