Şirvan şəhər Heydər Əliyev Mərkəzində yazıçı- publisist Yunus Oğuzla görüş keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22 iyun 2022-ci il tarixdə Şirvan şəhər Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistikasının inkişafındakı xidmətləriinə görə "Tərəqqi" medalına layiq görülmüş, " Əməkdar Mədəniyyət işçisi", tarixi romanlar müəllifi, yazıçı, publisist Yunus Oğuzla görüş keçirilmişdir. Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Tədbir Mərkəzi Kitabxananın əməkdaşları- Aysel İsmayılova və Gülnar Muradova tərəfindən hazırlanmış " Yunus Oğuzun həyatı" adlı video çarxla başlamışdır. Görüşdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları- Alma Cəfərova, İlhamə İmanova "Yunus Oğuzun yaradıcılığı", Kəmalə Quliyeva müəllifin yeni çapdan çıxan "Cığır" kitabı haqqında çıxış edərək qeyd etdilər ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ustadlarından olan Yunus Oğuz Azərbaycan tarixinin təbliği və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır. Onun "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur- zirvəyə doğru", "Əmir Teymur- dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Səfəvi Şeyxi" tarixi romanları var. Yunus Oğuz yalnız tarixi romanlar müəllifi kimi deyil, həm də esse və felyetonları ilə də oxuculara yaxşı tanışdır. Tədbirdə yazıçının bacısı Mətanət Zərbəliyeva, sinif yoldaşı Dilbər Abdullayeva onun haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər ərazi partiya təşkilatının sədri Zahir Qəhrəmanov, alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Şəhla Məcidova, 18 nömrəli məktəb liseyin direktoru İsmayıl Usubov, şəhərimizin ziyalısı Rasim Xəlilov Yunus Oğuzun yazdığı tarixi romanların əhəmiyyətindən söhbət açmışlar . Tarixi romanlar əsasında filmlər çəkilməsini təklif etmişlər.
Yunus Oğuz çıxış edərək, Mərkəzi Kitabxananın rəhbərliyinə və kollektivinə onunla görüş təşkil etdiklərinə görə öz təşəkkürünü bildirərək qeyd etdi ki, ilk dəfədir ki, kitabxana tərəfindən mənimlə görüş təşkil olunur. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev Yunus Oğuza kitabxananın "Fəxri oxucusu" fəxri fərmanı və hədiyyə təqdim etmişdir. Sonda yazıçı öz kitablarını oxuculara hədiyyə etmişdir. Tədbirdə "Yunus Oğuz tarixi romanlar müəllifi " adlı sərgiyə baxış keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
XƏBƏR LENTİ
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı





