Cəmiyyət

Bakı qəbiristanlıqda hamını təəccübləndirən elan - VİDEO

22 İyun 2022 15:15
1 Şərh     Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bura Suraxanı rayonu, yeni Suraxanı adlanan ərazisindəki qəbrisitanlıqdır. Bir neçə gün əvvəl sosial şəbəkələrdə bu məzarlıqda yalnız həmin ərazi üzrə qeydiyyatı olanların dəfn edilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Hətta qəbiristanlığın girişinə belə bir tələbi əks etdirən elan da yazılıb. Məsələ ictimailəşdirildikdən sonra isə həmin lövhə götürülüb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar isə qəbiristanlıqda dəfnlə bağlı qoyulan bu tələbi birmənalı qarşılamırlar.

Suraxanı Bələdiyyəsindən də qəbirstanlıqda bu cür qaydanın tətbiq olunmasını təsdiqlədilər. Özünü məzarlığın nəzarətçisi kimi təqdim edən Sərdar Babayev adlı şəxs isə sözügedən tələbin  qanuni olduğunu bildirdi. Səbəbin isə bu cür izah etdi.

Millət Vəkili Fazil Mustafa qeyd edilən məsələ ilə bağlı qanunvericilikdə boşluqların olduğunu deyir.

Millət Vəkili həmçinin bildirir ki, bələdiyyələrin səlahiyyətləri nəzərə alınarsa, bu cür elanların yazılması başa düşüləndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.