Cəmiyyət

Bahalaşmanın qarşısı necə alınacaq? - VİDEO

22 İyun 2022 16:52
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ərzaq məhsullarının bahalaşması ilə əlaqədar dövlət büdcəsində əlavə xərclərin maliyyələşdirilməsi nəzərdə tutulur. Belə ki, 193 milyon manat əlavə xərclərin maliyyələşdirilməsinə 2 milyard 440 milyon manat vəsait ayrılacaq. Millət vəkili Vüqar Bayramov bildirir ki, burada əsas məqsəd qiymət artımlarının qarşısını almaqdır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ümumilikdə isə dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artılır. Yəni, bu il büdcə gəlirləri 29 milyard 197 milyon 8 yüz minmanat proqnozlaşdırılır. Millət vəkilinin sözlərinə görə, ayrılan vəsaitlər daha çox iqtisadi sektoru əhatə edəcək.

Vüqar Bayramov bildirir ki, yeni layihədə sosial istiqamətdə 300 milyon manata yaxın vəsaitin ayrılması da nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.