Cəmiyyət

Atı rəngləyib zebr etdilər - Ətraflı VİDEOda

21 İyun 2022 14:52
1 Şərh     Baxış: 1 629
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Atını turistlərə icarəyə verən Göygöl sakini Vüqar Abbasov diqqət çəkmək üçün maraqlı üsula əl atıb. O, ağ atını rəngləyib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Vüqar Abbasovun fəaliyyət göstərdiyi istirahət mərkəzində icarəyə verilən at çoxdur. Amma yerli sakin və turistlərin diqqətini rəngləndikdən sonra zebra bənzəyən atı cəlb edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq faküləsinin müəllimi Aqil Mustafayev isə başqa fikirdədir. Onun sözlərinə görə, heyvanın fərqli rəngdə boyamaq sağlamlığı üçün risk yarada bilər.

Aqil Mustafayev vurğulayıb ki, belə bir ideyanı reallaşdırmazdan əvvəl mütləq mütəxəsislərlə məsləhətləşmək lazımdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.