Özbəkistan da Zəngəzur dəhlizini dəstəkləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
44 günlük müharibə torpaqların azad olunması ilə yanaşı, bütövlükdə Azərbaycanın nəinki regionda, dünyada nüfuzunun artmasına gətirib çıxarıb. Cənubi Qafqazda vəziyyətə diktə edən Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir.
Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərir. Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.
Bəllidir ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, ikinci Qarabağ müharibəsinin nəticələrini alqışlayıb. Bu fonda prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bu münasibətlərin daha da güclənməsinə gətirib çıxaracaq.
Özbəkistan Zəngəzur dəhlizinin reallaşmasında maraqlıdır
Səfər gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi daxildir. İki dövlətin liderləri qarşılıqlı ticarətin həcminin artırılmasına, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iqtisadiyyatın müxtəlif sahələrində birgə investisiya layihələrinin təşviqinə, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə xüsusi diqqət yetirəcək.
Bundan əlavə, dövlət başçıları beynəlxalq və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, çoxtərəfli strukturlar çərçivəsində intensiv dialoqun və qarşılıqlı dəstəyin inkişafı məsələlərini müzakirə edəcəklər. Ən əsası Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında yeni mərhələ işğaldan azad edilmiş ərazilərdə məktəb tikintisinə sərmayə qoymaq təşəbbüsüdür. Danışıqların əsas mövzularından biri Qarabağın bərpası və Özbəkistanın Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində iştirak perspektivləri olacaq.
Hərbi əməkdaşlıq
Son vaxtlar Özbəkistan tərəfi Azərbaycanla hərbi sahədə əməkdaşlığa davamlı maraq göstərir. Xüsusilə, Özbəkistan və Azərbaycanın müdafiə nazirləri qarşılıqlı səfərlər ediblər. İki dövlət başçıları təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər.
Üstəlik, Özbəkistan bəzi təhlükəsizlik elementlərini tətbiq edən və sərhədlərinin qorunmasında tətbiq etməyə hazır olan Azərbaycanın təcrübəsindən yararlana bilər. Son vaxtlar Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimlərinin tez-tez keçirildiyini nəzərə alsaq, Özbəkistan hərbçilərinin də onlara qoşula biləcəyini istisna edilmir.
Orta dəhliz
Qeyd olunmalıdır ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi "orta dəhliz"in əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.
Qeyd olunanlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Danışıqlar zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə baxılacaq - Daşkənd və Bakı qarşılıqlı investisiyalar gözləyir. Nəqliyyat sahəsində Bakı limanı vasitəsilə Türkiyəyə və daha sonra Avropaya çıxışı olan Xəzər regionunda multimodal dəhlizlərin inkişafına xüsusi diqqət yetiriləcək. İki dövlət başçıları həmçinin təhlükəsizlik məsələləri və hərbi-siyasi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Ekspertlərin fikrincə, Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq, əksinə, genişlənir. Xüsusilə, ölkələr arasında ticarət dövriyyəsi təxminən 7 dəfə artaraq 2016-cı ildəki 17,1 milyon dollardan 2021-ci ildə 118,8 milyon dollara yüksəlib. Və 2022-ci ilin ilk üç ayının nəticələrinə görə bu göstərici 20%-ə qədərdir. Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripovun sözlərinə görə, məqsəd "yaxın gələcəkdə ticarətin həcmini yarım milyard dollara çatdırmaqdır". O, bunun üçün bütün imkanların olduğunu qeyd edib. Müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, tikinti materiallarının istehsalı və turizm sahəsində layihələr hazırlanır.
Daşkənd Bakı limanına çıxış əldə etmək istəyir
Özbəkistanın kənd təsərrüfatı məhsullarının emalı və bazarlara çıxarılmasına yönəlmiş aqrologistik klasterlərin yaradılması da çox perspektivli olacaq. Bu yaxınlarda Azərbaycan şirkətlərinin Özbəkistan istehsalçıları ilə toxuculuq sənayesi, dəri istehsalı, zərgərlik və s. sahələrdə sənaye əməkdaşlığının qurulmasına cəlb edilməsinin intensivləşdirilməsinə dair razılıq əldə olunub. Ölkələrin ticarət əlaqələrini dərinləşdirmək üçün böyük potensial var. Nəqliyyat sektoru, o cümlədən qarşılıqlı yükdaşımaların artırılması və iki ölkənin tranzit potensialının artırılması məsələləri əməkdaşlığın əsas prioritetinə çevrilməlidir.
Xüsusilə Transxəzər Dəmir Yolu Dəhlizi çərçivəsində Özbəkistan və Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa və Asiya qitəsinin digər dövlətləri arasında əlaqə rolunu oynayır. Özbəkistan üçün nəqliyyat əlaqələrinin davamlı olması vacibdir.
Özbəkistan artıq Türkmənistanla razılığa gəlib və Türkmənbaşı limanına Xəzər dənizinə gedən yol onun üçün açıqdır. İndi Daşkənd Bakı limanına çıxış əldə etməlidir. Daha sonra yüklər tranzitlə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Avropaya aparılacaq. Əks istiqamətdə isə Özbəkistan bu ölkələrdən mal alacaq.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
XƏBƏR LENTİ
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub - (Foto)
-
Bakının bu ərazisində bulvar salınır (Video)
-
41 yaşlı Modriç yenə tarix yazdı
-
Rusiyada bu hava limanı bağlandı
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)





