Cəmiyyət

Xəzər dənizinin bu şəkli narahatlıq doğurdu - FOTO

15 İyun 2022 22:46
1 Şərh     Baxış: 1 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər dənizinin geri çəkilməsi ilə bağlı son vaxtlar müxtəlif fikirlər səslənir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli də bu gün sözügedən məsələ ilə bağlı narahatlıq doğuran foto paylaşıb.

Mərdəkanda - Xəzərin sahilində çəkilmiş şəkildən aydın olur ki, ötən il dənizin içində olan yelləncək indi quru ərazidədir. Bu, Xəzərin bir neçə metr geri çəkildiyini deməyə əsas verir.

N.Köçərlinin paylaşımı sosial şəbəkələrdə yayılıb və istifadəçilər məsələ ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.