Cəmiyyət

Bakıda qala divarına “Z” hərfi yazılıb? - Rəsmi açıqlama

14 İyun 2022 23:28
2 Şərh     Baxış: 2 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarına Rusiyanın Ukraynadakı əməliyyatının rəmzi olan "Z" hərfi yazılması barədə məlumat yayılıb.

Milli.Az xəbər verir ki, məsələyə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə münasibət bildirib.

"Dünən kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

"İçərişəhər" DTMQ İdarəsinin Mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib", - o qeyd edib.

Ş.Seyidzadənin sözlərinə görə, hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

"Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb".

Qeyd edək ki, minval.az onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğunu yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.