Cəmiyyət

Bu şəxslər ilk dəfə işə düzələndə maaşdan əlavə pul alacaqlar

10 İyun 2022 20:32
Baxış: 2 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Qərarın 2-ci hissənin ikinci və üçüncü abzaslarından "dövlət" sözü çıxarılır, dördüncü abzasında "uşaqlar" sözündən sonra ", habelə onların arasından olan şəxslər" sözləri, "avadanlıqla" sözündən sonra "və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə" sözləri əlavə edilir.

Beləliklə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar, avadanlıq və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə təmin olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.