Cəmiyyət

Moskva məhkəməsi Rövşən Əsgərovun şikayətini təmin etmədi

8 İyun 2022 23:16
0 Şərh     Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva Şəhər Məhkəməsi "Nə? Harada? Nə vaxt?" oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarını qüvvədə saxlayıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə R.Əsgərovun aöellyasiya şikayətini təmin etməyib. 

Qeyd edək ki, Əsgərov nasizmi reabilitasiya etməkdə ittiham olunur. Aprelin sonunda ona qarşı cinayət işi qaldırılıb. İstintaqın məlumatına görə, telejurnalist sosial şəbəkədə SSRİ marşalı Georgi Jukovun xatirəsini ləkələyən yalan məlumat yayıb.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi onu axtarışa vermişdi. Bununla bağlı açıqlama verən Əsgərov uzun müddət Rusiyada yaşamadığını və ekstradisiyadan qorxmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.