Cəmiyyət

General Mövlam Şıxəliyevin topdağıtmaz mülkləri: 1.5 milyonluq bağ evi... - SİYAHI

7 İyun 2022 21:06
5 Şərh     Baxış: 3 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin aprelində həbs olunan MTN generalı Mövlam Şıxəliyevin bəzi mülklərinin ünvanı və sayı məlum olub.

Milli.Az musavat.com xəbər verir ki, ümumilikdə 14 milyon 292 min manat rüşvət və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan generalın cinayət işi üzrə məhkəmə iclası davam edir.

Məhkəmə istintaqı zamanı generalın bir sıra mülklərinin ünvanı və dəyəri məlum olub. Onun təkcə bir binada 5 mənzili var. General "Sahil" metrostansiyasının üstündə yerləşən çoxmərtəbəli binada Tağı Əhmədovla qonşudur.

Həmin binanın 10, 39, 40, 72-ci və daha bir mənzili generalın qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.

Bundan başqa Şıxəliyevin Fəvvarələr meydanında dəyəri yarım milyondan çox olan obyekti var.

Generalın ailə üzvlərinin adına olan əmlakların siyahısı:

- Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili;

- Mahnı Teatrının yanında, oğlunun adına 400 min manat qiyməti olan mənzili;

- Novxanıda 1.5 milyon dəyəri olan bağ evi;

- Novxanıda torpaq sahələri;

- "Nərimanov" metrostansiyasının yaxınlığında 400 kvadrat metrlik mənzil;

- "8-ci kilometr"də 1 milyon dəyəri olan obyekt.

Qeyd edək ki, generalın ümumilikdə 8 milyona yaxın əmlakının üzərinə həbs qoyulub. Bunlar hələ onun ölkə daxilində müəyyən edilən əmlaklardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.