Cəmiyyət

Hafiz Hacıyev Nəcməddin Sadıkovu niyə döyüb? - Özü səbəbini belə açıqladı

4 İyun 2022 11:00
0 Şərh     Baxış: 6 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəcməddin Sadıkov hələ vəzifədə olan vaxtda mən demişəm ki, o, dələduzun biridir".

Milli.Az xəbər verir ki, bu sözləri bu gün TV Müsavatın "Canlı debat" verilişində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.

O, Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, general-polkovnik N.Sadıqovu çoxdan tanıdığını və illər öncə onunla aralarında bir insidentin yarandığını deyib: " Elçibəy hakimiyyəti dövründə, Kəlbəcər əldən gedən ərəfədə Xanlar rayonunda qərargah yaradılmışdı. O vaxt onun vəzifəsi aşağı idi. Mən də o vaxt nazir kimi o qərargahda üzv idim. Pənah Hüseyn, digərləri bunu bilir. Mən orda Nəcməddin Sadıkovun hərəkətlərinə dözə bilməyib, onu döydüm. Çaykəndin yuxarı hissəsində, Toğana deyilən yerdə vurdum onu. Mən dedim ki, "sən bizim əsgərləri niyə döyürsən. Görürsən ki, bunun ayağının içi yaşdır, üzü qırxılmayıb, əziyyət çəkir. Gecəsi-gündüzü yoxdur. Sən bunu döyməklə nə demək istəyirsən?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.