Cəmiyyət

Toyu olduğu deyilən məktəblinin “qayınata”sından açıqlama - VİDEO

2 İyun 2022 13:37
0 Şərh     Baxış: 3 175
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda ərə verilən məktəbli qızın "qayınata"sı açıqlama verib.

Bu barədə "Xəzər Xəbər" süjet hazırlayıb.

O, məktəbli qızın toyu olması xəbərlərini yalanlayıb.

Qızın "qayınata"sı sadəcə "həri" mərasiminin olduğunu qeyd edib:

"Ailə arasında "həri" mərasimi olub, toy olmayıb. Qız həddi buluğa çatanda toy olacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Sabirabadda məktəbli qızın toyu barədə ilk məlumatı Azərbaycan uşaqlar birliyinin sədri Kəmalə Ağazadə yayıb.

"Sabirabad rayonu Qəzli kəndində doqquzuncu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir", - deyə K.Ağazadə paylaşımında qeyd edib.

Daha ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.