Cəmiyyət

Azərbaycanını ən az pensiya verilən ÜÇ RAYONU - Səbəb nədir?

31 May 2022 12:30
0 Şərh     Baxış: 2 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu halın yaranması güman ki, həmin rayonlarda rəsmi çalışanların sayının az olması, yüksək əmək pensiyası almaq üçün sığorta fonduna ödənilən vəsaitlərin azlığı ilə əlaqədardır".

Milli.Az xəbər verir ki, bunu bizim.media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli rəsmi məlumatlarda orta aylıq pensiya səviyyəsinə görə, Azərbaycanda ən aşağı pensiya alan rayonlar arasında 283,71 manatla Lerik, 285,25 manatla Ağdaş və 287,98 manatla Xaçmaz rayonlarının "liderlik" etmələrinə münasibət bildirərkən deyib:

"Çox güman bu rayonlarda maaşlar aşağıdır. Ona görə orta aylıq əmək haqqı da aşağı səviyyədədir. Orta aylıq əmək haqqının aşağı olması həmin rayonlarda işsizliklə bağlı problemin ciddiliyini və rəsmi iş yerlərinin sayının az olduğunu göstərir.

Nəticə etibarı ilə bu da təqaüdlərin həcminə təsir göstərir. Bundan başqa, stajı olmayan və ya müxtəlif səbəblərdən əmək pensiyası ala bilməyib, yaşa görə pensiya alanların sayının çox olması da həmin 3 rayonda ümumi orta statistik göstəricilərə belə mənfi təsir göstərib". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.