Cəmiyyət

Xaçmazda səkkiz nəfər iki qardaşı döyüb

31 May 2022 08:12
0 Şərh     Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmaz rayonunda kütləvi dava olub

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xaçmaz şəhərinə yaxın, ət kombinatı adlanan ərazidə baş verib.

Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib.

Hadisə zamanı səkkiz nəfər birləşərək iki qardaşı - 1989-cu il təvəllüdlü Yaqubov Tural Yaşar oğlunu və onun qardaşı Yaqubov Anar Yaşar oğlunu döyüblər.

Xəsarət alan iki qardaş təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.