Cəmiyyət

Günün qoroskopu

9 May 2010 07:00
Baxış: 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

9 may, bazar XXV  Ay günü.
Günəş - Bağada, Ay - Balıqlarda, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pulton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Ailə-məişət qayğıları başınızdan aşacaq. Problemlərinizin heç birini həll edə bilməyəcəksiniz. Maddi durumunuzu yaxşılaşdırmaq hələ ki, mümkün deyil. Səhhətinizə qarşı diqqətli olun.

Buğa -  Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Yaxın adamların əhatəsində özünüzü xoşbəxt hiss edəcəksiniz. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq şansınızı gerçəkləşdirin.

Əkizlər - Çətin keçən bu gündə əsəbilərinizi yerindən oynada biləcək hadisləər baş verə bilər. Nə qədər soyuqqanlı qala bilsəniz, bir o qədər şəri özünüzdən uzaqlaşdırarsınız.

Xərçəng - Əsəblərinizi sakit, özünüzü gümrah görəcəksiniz. Maddi yönümdən problemləriniz olmayacaq. Ailədaxili münasibətlərdə kəskin olmayın.

Şir - İşlərinizin istədiyinizcə alınmaması ucbatından yaxın əhatənizlə münasibətlərinizi korlamayın. Maddi imkansızlıq sizi bəzi güzəştlərə getməyə məcbur edəcək. Səhhətinizə qarşı diqqətli olun.
 
Qız - Bu gün sizin üçün uğurlu sayıla biləcək günlərdən biridir. Maddi durumunuzu yaxşılaşdırmaq imkanlarınız var. Ailədaxili münasibətlərdə gərginlik davam etməkdədir.

Tərəzi - Uğursuzluğunuzun səbəbi fəaliyyətinizə və ünsiyyətlərinizə qanunun tələbləri ilə vasvasıcasına yanaşmaqdan irəli gəlir. Səhhətinizə qarşı diqqətli olmalısınız.

Əqrəb - Fəaliyyətinizin hər bir sahəsində özünüzü məmnun hiss edəcəksiniz. Maliyə uğurları qazanmaq üçün yaxşı şəraitdir. Ünsiyyətlərinizi genişləndirməyə çalışın.

Oxatan - Səhhətinizə qarşı diqqətli olun. Maddi vəziyyətinizin çətinliyi ucbatından bir sıra tədbirlərdə iştirak edə bilməyəcəksiniz. 

Oğlaq - Yarımçıq qoyduğunuz işləri tamamlamalısınız. Səhhətinizlə bağlı ciddi probleminiz yoxdur. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün yaranmış şəraitdən istifadə edin.

Dolça - Sizin üçün çətin keçən bu gündə öhdənizə düşən işləri keyfiyyətlə görüb qurtarmağa çalışın. Maliyyə vəziyyətinizin düzəlməyi fəaliyyətinizdən asılıdır. Səhhətinizə qarşı diqqətli olun.

Balıqlar - Özünüzü güclü hiss edəcəksiniz, işləriniz alınacaq. Biznes planlarını həyata keçirmək üçün uğurlu şəraitdən istifadə edin. Ailədaxili münasibətlərdə anlaşılmazlıqdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.