Cəmiyyət

28 Mayda kimlər əfv olunacaq? - AÇIQLAMA

24 May 2022 12:45
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əfvlə bağlı müraciət edən hər bir şəxsin işinə ətraflı şəkildə baxılır. Həmin şəxsin müraciətinin detalları həftələrlə araşdırılır, müvafiq dövlət qurumlarından arayışlar alınır və bundan sonra arayış şəklində Əfv Komissiyasının üzvünə təqdim olunur. Cinayət Məcəlləsinin bir çox maddələri ilə məhkum olunmuş şəxslərin işinə baxılıb".

Milli.Az xəbər verir ki, bu sözləri "ARB24"ə açıqlamasında millət vəkili Azay Quliyev bildirib.

O əlavə edib ki, budəfəki əfv siyahısına baxsaq, ən yüngül cinayət törətmiş şəxslərdən tutmuş ən ağır cinayət törədənlərə, hətta ömürlük həbs alanların müraciətlərinə qədər baxıldığını görərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.