Cəmiyyət

Azərbaycanda “Smart” arı yeşikləri hazırlanır - Sensorlar məlumatları ötürəcək - VİDEO

19 May 2022 16:45
Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmər Akademiyası Texnofest Festivalında iştiraka hazırlaşır. Artıq AMEA-nın balansında olan yüksək texnologiyalar parkında festivalda nümayiş etdirilməsi üçün bir neçə avadanlıqlar ərsəyə gətirilib. Xüsusilə süni intellektə əsaslanaraq hazırlanan bu texnologiyalar nələrdir?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Azərbaycanda smart arı yeşiklərinin istehsalına başlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında yığılan bu yeşiklər ənənəvi arı yeşiklərindən xeyli fərqlənir. Bu yeşiklərə 7 ədəd xüsusi sensor quraşdırılıb. Üstəlik, onlar isti və soyuq havalara uyğun hazırlanıb.

Müəssisənin icraçı direktoru Emil Əhmədov deyir ki, bu smart yeşiklər Bakıda keçiriləcək Texnofest festivalında da nümayiş etdiriləcək.

Qeyd edilib ki, bu yeşiklərin altertnativləri hazırda Fransadan gətirilir və bu da olduqca baha başa gəlir.

Smart yeşiklərdən başqa Texnofestdə Yüksək Texnologiyalar Parkında yığılan və xüsusilə kənd təsərrüfarında istehsalı nəzərdə tutulan dron və qurğular da nümayiş etdiriəlcək. Bu qurğular kənd təsərrüfatında məhsuldarlığın artmasına töhvə verəcək.

Bundan başqa, Parkın texnofestdə müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsullarının nümayişini də həyata keçirəcək. Onlardan biri də süni intellekt əsaslı "Seit-uv" robotu"dur.

Qeyd edək ki, bu məhsullar keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.