Cəmiyyət

"Bizi Kəlbəcərə Əli Həsənov göndərmişdi" - Şahbaz Quliyevdən sensasiya

19 May 2022 07:23
4 Şərh     Baxış: 5 645

Uzun müddət erməni girovluğunda qalan Şahbaz Quliyev Xural TV-yə müsahibəsində sensasion açıqlama verib.

Milli.Az yenipress.az-a istinadla bildirir ki, Ş.Quliyev hazırda pis vəziyyətdə yaşadığını bildirib.

"Mənə 180 manat pensiya verirlər. Sanki 7 il əsirlikdə yox, kurortda olmuşam. Onsuz da ölümümü gözləyirəm, ona görə də hər şeyi danışmaq istəyirəm. Qızım gəlməlidir. Onu bağrıma basdıqdan sonra son qoyacam həyata. Mən burada gülünc vəziyətə salınmışam".

Ş.Quliyev deyib ki, Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan "Qaçqınkom"un keçmiş sədri Əli Həsənov göndərib:

"Biz Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salınmışıq. Əlimizə silah, qranat verilib, yola salıblar. O vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım. Məni çağırıb, "dövlətə lazımsan" deyib, göndərdilər. Əslində məni tək göndərmək istəyirdilər. Dedim, Dilqəm yaxşı tanıyır oraları. Həmin vaxtı Dilqəm tutulmuşdu. Şəmkirdə polisə düşmüşdü. Onu çıxartdırıb gətirdilər bələdçi kimi. Həsən Həsənov da bizimlə getdi.

Əli Həsənova verdiyim kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib stolumun üstünə qoydular".

Ş.Quliyev bildirib ki, ermənilər onları qaytarmaq istəməyiblər:

"Onlar bizi vermək istəmirdilər. Deyirdilər ki, biz iki qəhrəmanı verə bilmərik.

Hazırda qollarım pis gündədir, əllərimdə yandırılan siqaretlərin izi hələ də getməyib. Burnum qırıqdır. Hər yerim zədəlidir, müalicə alıram. Dövlət isə ayda 180 manat pul verir".

Milli.Az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Mimi · 19 May 08:3220

    Bes deyirdiler qebr ustune gedende tutulmuwuq? ne ucun getdiklerini yene de tam aciqlami8r

    Cavab yaz
    • Anonim
      Answer · 19 May 16:0420

      Kəşfiyyat

      Cavab yaz
  • Anonim
    3cü gizlin QARAbağdan? · 19 May 15:3740

    Dünya və "çk"-lər üçün sensasion xəbər deyilmi? Gerçəksə, Şahbazın Komitə Sədrinə verdiyi kaset Xankəndinə ermənilərə necə çatıb?

    Cavab yaz
  • Anonim
    .. · 20 May 07:3810

    Ş.Quliyev bildirib ki, ermənilər onları qaytarmaq istəməyiblər: "Onlar bizi vermək istəmirdilər. Deyirdilər ki, biz iki qəhrəmanı verə bilmərik. sen kimin qehremanisan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics