Cəmiyyət

Həkimlər niyə eyni əməliyyata fərqli qiymət tələb edirlər? - VİDEO

18 May 2022 19:15
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda səhiyyə xidmətləri arasında ən bahalısı cərrahiyyə əməliyyatlarıdır. Ona görə də belə əməliyyatların məbləği hər kəs üçün əlçatan deyil. Xüsusilə özəl klinikalarda.

Qiymətlər isə xəstəxanalara görə dəyişir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaşlar deyirlər ki, hətta həkimlər belə cərrahiyə qiymətlərini öz istədikləri kimi müəyyənləşdirirlər. Bəzən isə eyni əməliyyat müxtəlif xəstəxanalarda fərqli məbləğə başa gəlir.

Həkimlərin məsələyə yanaşması isə fərqlidir.

Cərrah Rəşad Soltan deyir ki, cərrahiyyə əməliyyatlarının özü bir xidmət növüdür. Yəni hər bir həkim göstərdiyi əməyin qarşılığında pul tələb edə bilər.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli isə bildirir ki, cərrahiyyə əməliyyatları arasında olan qiymət fərqləri təbii və süni amillərdən meydana çıxır.

Millət vəkili süni qiymət artımı edənlərə qarşı tədbirlər görülməli olduğunu deyir.

"Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.