Mədəniyyət

Gəncədə Üzeyir Hacibəylinin 140 illik yubileyi münasibəti ilə XVII Beynəlxalq Musiqi Festivali çərçivəsində kontsert proqrami keçirildi - FOTO

22 Sentyabr 2025 14:30
Baxış: 247
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncə şəhərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində möhtəşəm konsert proqramı keçirildi.

Tədbirə giriş sözü ilə Gəncə Dövlət Filarmoniyasının direktoru,bəstəkar, Respublikanın Xalq artisti Aygün Səməd-zadə çıxış edərək, festivalın əhəmiyyətindən və Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətində oynadığı mühüm roldan danışdı.

Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri (Bədii rəhbər və dirijor - Xalq artisti Rafael Bayramov), Xalq çalğı alətləri orkestri (Bədii rəhbər və dirijor - Xəyal Qəhrəmanov) və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı (Baletmeyster - Sənan Cavadov) çıxış etdilər.

Proqram çərçivəsində Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən seçilmiş əsərlər səsləndirildi. Konsertdə həm solo ifalar, həm də xor və ansambl çıxışları təqdim olundu. İfaçılar arasında Elmir Pişnamazzadə, Respublikanın Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Sehri Əliyeva, Vasif Bayramov, Respublikanın Əməkdar artisti Kəmalə Tağızadə və Respublikanın Xalq artisti Sevinc İbrahimova da yer aldılar.

Konsert proqramına "Cəngi", "Koroğlu" operasından uvertüra, "Leyli və Məcnun" operasından parçalar, "Arşın mal alan" operettasından mahnılar və rəqslər, eləcə də xalq rəqsləri daxil idi. Gecə boyu səslənən əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Festival çərçivəsində təşkil olunan bu musiqi axşamı bir daha sübut etdi ki, Üzeyir Hacıbəylinin yaradıcılığı həm milli musiqimizin, həm də dünya musiqi xəzinəsinin əvəzsiz incilərindəndir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.