Cəmiyyət

“Uşağımın videolarını paylaşaraq pul yığırlar” - FOTO

22 Sentyabr 2025 10:22
Baxış: 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının Xəzər rayon sakini Mirvari Turabova tanımadığı şəxs və ya şəxslərin qızının görüntülərindən istifadə edərək pul topladığını deyir.

Milli.Az-ın məlumatına görə, qafqazinfo.az-a müraciət edən şikayətçi bildirib ki, övladı Mələk Turabova anadangəlmə "spina bifida" (onurğa dağılması) xəstəliyindən əziyyət çəkir.

Qadın öz instaqram səhifəsində qızına aid video paylaşdığını əlavə edib: "Lakin bir müddət sonra gördük ki, tanımadığımız şəxs sosial şəbəkədə "meleyim43477" adlı səhifə yaradaraq kart hesabı paylaşır və bizim adımızdan pul toplayır. Tanınmış insanları paylaşıma işarələyərək onlardan da pul alır. Dəfələrlə ona yazaraq bu əməllərinə son qoymasını tələb etdik. Lakin hər dəfə yazdıqlarımıza cavab vermədən bizi bloka atır".

Mirvari Turabova məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiklərini qeyd edib: "Mənə bildirdilər ki, əvvəlcə kartın sahibini tapmalıdırlar və banka sorğu göndərilib".

Ananın sözlərinə görə, sözügedən şəxslər övladının görüntüsünü paylaşaraq pul toplamağa davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.