Maraqlı

350 manatlıq yeyib içdilər - Hesabı ödəmədən qaçdılar - FOTO

21 Sentyabr 2025 23:41
Baxış: 470
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə iki nəfər axşam yeməyindən sonra təxminən 8 min 500 lirəlik (350 manat) hesabı ödəmədən restoranı tərk edib. Hadisə anı təhlükəsizlik kamerasına düşüb, polis isə onların axtarışına başlayıb.

Məlumata görə, iki dost əvvəlcə hesabı ödəmək üçün bəhanələr gətirib. Onlardan biri ödənişi onlayn həyata keçirmək istəsə də, əslində 3 gün sonrasına ödəniş təlimatı verərək restoran sahibini aldatmağa çalışıb.

Daha sonra bankomata gedib nağd ödəniş etmək istədiyini deyən şəxs, bu dəfə də kartında problem olduğunu iddia edib. Administratorun şübhələnməsindən sonra isə "dostum ödəyəcək" deyərək restoran əməkdaşını küçəyə çıxarıb. Lakin hər iki şəxs qəfil qaçaraq izlərini itirib.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.