Azərbaycanla BƏƏ arasında bir sıra mühüm sənədlər imzalanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əməkdaşlığı çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.
Trend xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Modon"un sədri Cassem Mohammed Bu Ataba Al Zaabi "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq haqqında Sazişi imzalayıblar. Sazişin imzalanmasına Azərbaycan Respublikasının Baş nazirinin müavini Səmir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuwaidi şahidlik ediblər.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli bu əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Daha sonra tərəflər arasında Xəzər dənizi suyun duzsuzlaşdırma zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti üzrə Dövlət-özəl tərəfdaşlığı haqqında Saziş imzalanıb. Sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıb.
Bununla yanaşı, emal olunmuş suyun alınması haqqında Saziş imzalanıb. Sazişə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, "Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli imza atıblar.
Digər mühüm sənəd - torpaq icarəsi haqqında Saziş İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli tərəfindən imzalanıb.
Sonda Maliyyə naziri Sahil Babayev və "ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli dövlət zəmanəti haqqında Sazişi imzalayıblar.
Bu sənədlərin imzalanması Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
“Barselona” Balde ilə bağlı qərarını verdi
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
Koronavirusa yenidən yoluxma riski nə qədərdir?
-
Oktyabrda hava iqlim normasından yuxarı olub
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Ceyranbatan gölündən meyit tapılıb? - Rəsmi açıqlama
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı





