Bakının əxlaqsızlıq təbliğ edən iaşə obyektləri və hotelləri - Araşdırma
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər yerli KİV-də, eləcə də bir çox sosial platformalarda tez-tez gənclərin otel otaqlarında qeyri-etik görüntüləri tirajlanır. Xüsusilə qadınların bu cür görüntüləri tirajlaması və bunun cəmiyyətin bəzi fərdləri tərəfindən normal qəbul edilməsi təəssüf doğurur. Bu hallar 30-40 il əvvəl yox idi desək, doğru olmaz. Sadəcə o vaxt texnologiya bu qədər inkişaf etmədiyindən cəmiyyət olaraq insanların yataq otağına bir bu qədər "hakim" olunmurdu.
Hətta bəzi hallarda gənclərin və ya ailəli şəxslərin bir başqa qadınlarla (kişilərlə) intim görüntüləri də yayılıb. Bu, heç də yaxşı hal deyil. Bu kimi hallara paytaxtla yanaşı bölgələrdə də rast gəlinir.
Heç kimə sirr deyil ki, Bakıda "masaj salonu" adı altında intim xidmətləri göstərilir. Lakin bu hallarla mübarizə aparmaq üçün vəziyyətdən razı deyil, narazı olanların sayı çox olmalıdır.
Məsələ bundadır ki, bu mövzuda aparılan anonim söhbətlərdə çoxları fahişəxanaların leqallaşdırılmasını dəstəkləsə də, ictimaiyyət qarşısında "mentalitet" deyərək üsyan edir, qəti şəkildə "olmaz" deyirlər.
Ancaq bununla açıq mübarizə üçün çətin ki, kimlərsə aidiyyəti qurumlara yardım etsin.
Milli.az oxu.az-a istinadən xəbər verir ki, seksoloq Təhmasib Cavadzadə müsahibələrindən birində qeyd edib ki, fahişəliyin leqallaşması ciddi dəyişikliklərə səbəb olmasa da gənclər ehtiyaclarını qarşılamaq üçün gizli yer axtarmaq məcburiyyətində olmayacaq:
"Hansısa qadınla danışıb, evə gedəndə basqına uğramayacaqlar. Leqal şəkildə seks həyatları olacaq. Qaldı ki fahişələrə, onlar, sadəcə, vərdişdən dolayı bu xidmətləri verirlər. Pul insan üçün şirindir. Bu isə pul qazanmağın ən asan və həzzverici yollarından biridir. Bəzən deyirlər ki, "mən ehtiyac səbəbindən bu yola düşmüşəm". Xeyr, boş söhbətlərdir. İnsan pul qazanmaq üçün 50 yol tapa bilər. Əgər bunu seçirsə, demək, seks vərdişi onu vadar edir".
Aidiyyəti qurumlar tərəfindən müəyyən dövrlərdə Bakıda bir neçə əxlaqsızlıq yuvasının aşkarlanaraq ifşa olunduğu və qanunla müvafiq tədbirlərin görüldüyü barədə məlumatlara rast gəlmişik. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur.
Bu cür obyektlərdən gələn bəlaların isə sayı-hesabı yoxdur. Müxtəlif növ dəri xəstəlikləri, yoluxucu xəstəliklər məhz bu tip obyektlərdən yayılmağa başlayır. Bu obyektlər isə kimlərin maraqlarına xidmət edir, o müəmmalıdır.
Məsələ ilə bağlı hansı hotelə və ya digər "obyekt"lərə zəng edirsən, əlaqə saxlayırsan, "zəhmət olmasa yaxınlaşın, üzbəüz danışaq" cavabı alırsan. Hotellər isə müraciət edən şəxslərdən nikah haqqında şəhadətnamə tələb etdiklərini deyirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.
DİN-dən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən mövzu ilə əlaqədar nazirliyə daxil olan iddialarla bağlı araşdırmalar aparılır.
"Hazırda ölkədə əxlaqsız yuvası kimi fəaliyyət göstərən hər hansı ictimai iaşə obyekti, hotel haqqında DİN Mətbuat Xidmətində heç bir məlumat yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)





