Cəmiyyət

Azərbaycan təmsilçisi "Avroviziya-2022"nin finalına yüksəlib - VİDEO - FOTO

13 May 2022 07:00
2 Şərh     Baxış: 4 376

Turində (İtaliya) Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin çıxış etdiyi 66-cı "Avroviziya-2022" Beynəlxalq Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan təmsilçisi "Avroviziya-2022"nin finalına yüksəlib. Nadir Rüstəmlinin müsabiqə mahnısı "Fade To Black" adlanır. Mahnın müəllifləri Andreas Stoun, Anders Rethov, Sebastian Şub və Tomas Stengarddır.

İkinci yarımfinalda 18 ölkəndən (Finlandiya, İsrail, Serbiya, Azərbaycan, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiya Respublikası) olan təmsilçilər iştirak edib.

Qeyd edək ki, "Avroviziya-2022" mahnı müsabiqəsinin finalı mayın 14-də baş tutacaq. Sloqan - The Sound of Beauty (Gözəlliyin səsi), loqosu "cymatics" (səs dalğalarının fiziki effektləri) üslubunda hazırlanmışdır.

"Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinə bəstəkar və prodüser İsa Məlikov başçılıq edir. Müsabiqəni Azərbaycan İctimai Televiziyasının (İTV) efirində ifaçı, aparıcı və bəstəkar Murad Arif şərh edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

2 Şərh:

  • Anonim
    n · 13 May 08:5213

    Leyla İzzətova getsəydi unudulmaz çıxış olardı. Bu isə tipik ...

    Cavab yaz
  • Anonim
    Detektiv · 14 May 13:3500

    Cox zeif mahnidir. Bunlara hele de catmir ki, bu yarisda ritmik, oynaq mahnilara ustunluk verilir. Ele bil nagil danisir sonra da arvad sesi ile qisqirir. Cox teessuf.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics