Cəmiyyət

Qəzada ölən azərbaycanlı iş adamı Afrikada dəfn edildi

9 May 2022 20:44
0 Şərh     Baxış: 2 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Afrikada yerləşən Mali Respublikasında azərbaycanlı iş adamı Məmmədpaşa Axundov yol qəzasında vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qızıl mədənçiliyi ilə məşğul olan "Arifoglu Gold" MMC-nin rəhbərinin nəşi qısa müddətdə ölkəyə gətirilməsi mümkün olmadığından o, Malidə dəfn edilib.

Yaxınlarının bildirdiyinə görə, M.Axundov daha əvvəl Almaniyada yaşayıb və sonradan Mavritaniya Respublikasında qızılçıxarma şirkəti qurub. Onunla birgə bir neçə azərbaycanlı da orada şirkətin idarə edilməsində iştirak edib.Onlar baş vermiş qəzada şübhəli məqamların olduğunu qeyd ediblər.

Qeyd edək ki, Məmmədpaşa Axundov həm də xeyriyyəçi kimi tanınıb. Onun rəhbərliyi altında Afrika ölkələrində 40 su quyusu, xəstəxana, məscid və məktəblər tikilərək istifadəyə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.