Cəmiyyət

İş yoldaşını bıçaqlayıb öldürdü - Özü xəstəxanaya aparıbmış

7 May 2022 08:42
0 Şərh     Baxış: 1 050
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli mübahisə zəminində 1995-ci il təvəllüdlü Zakir İbrahimzadəni ayağında bıçaqlayıb. 22 yaşlı gənc Zakiri bıçaqladıqdan sonra onu özü xəstəxanaya aparıb, daha sonra könüllü olaraq polisə təslim olub.

Xəstəxanaya yerləşdirilən Zakir İbrahimzadənin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Zakirlə Hüseyn avtomobillərin ehtiyat hissələri satışı mağazasında birgə çalışıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.