Cəmiyyət

İlin ilk Günəş tutulması olub

30 Aprel 2022 23:43
0 Şərh     Baxış: 1 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 30-da saat 22:45-də ilin ilk Günəş tutulması başlayıb.

Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edib və mayın 1-də saat 02:37-də sona çatıb. Tutulmanın maksimumu saat 00:41-də olub.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə edilib, Azərbaycan ərazisində müşahidə olunmayıb.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.