Cəmiyyət

Əliağa Kürçaylının nəvəsi qəzaya uğrayıb - FOTO

28 Aprel 2022 07:52
0 Şərh     Baxış: 1 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şossesində baş verib.

Belə ki, "Porche" markalı avtomobil yol kənarında dayanıb.

Mopedi idarə edən şəxs yüksək sürətlə "Porsche" markalı maşına çırpılıb.

Mopedin sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polislərin verdiyi məlumata görə, "Porsche"-nin sürücüsü Kürçaylı Əliağa Ülfət oğludur.

Ə.Kürçaylı tanınmış şair Əliağa Kürçaylının nəvəsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.