Cəmiyyət

7 məktəbli xəstəxanalıq oldu

22 Aprel 2022 22:21
0 Şərh     Baxış: 1 593
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mingəçevir şəhər 3 saylı tam orta məktəbdə özlərini narahat hiss edən yeddi şagird şəhər xəstəxanasına aparılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün məktəbin 6a sinfində baş verib.

Belə ki, sinifdəki şagirdlərdən bir neçəsi 4-cü saatda - musiqi dərsində özlərini narahat hiss ediblər və ürəkbulanmaları olduğunu deyiblər.

Dərhal bu barədə məktəblilərin valideynlərinə bildirilib və onlar Mingəçevir Şəhər Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıblar.

İlkin müayinə nəticəsində uşaqlarda zəhərlənmə aşkarlanmayıb. Məktəblilərin səhhəti bir neçə saat nəzarətdə saxlanıldıqdan onlar evə buraxılıb.

Bildirilir ki, sinifdə şagirdlərdən birində ürəkbulanma olub və bunu görən digər şagirdlər təşviş keçirərək, özlərində də eyni halın olduğunu düşünüblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.