Cəmiyyət

Şuşanın su və işıq xətləri yenilənir - VİDEO

15 Aprel 2022 19:42
0 Şərh     Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şuşa şəhərinin içməli su təchizatı yaxşılaşdırılıb, şəhərin magistral su xətləri yenilənib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə qəza-bərpa xidmətinin rəhbəri Oqtay Həziyev jurnalistlərə açıqlamasında deyib.

Şuşadakı 800 kubmetrlik və 1000 kubmetrlik anbarlar da bərpa edilir. Gələcəkdə Şuşanın tam dayanıqlı içməli su ilə təmin olunması üçün yeni, yardımçı anbar sahəsi qurulur. Çayların suları bu anbara yığılaraq nasoslarla şəhərə veriləcək.

Şuşa şəhərinin elektrik enerjisi ilə dayanıqlı təminatında da yeniliklər var. "Azərişıq" ASC-nin mətbuat xidmətini rəhbəri Vaqif Aydınoğlu deyib ki, stansiyaların rəqəmsal idarəetmə mərkəzi Azərbaycanda ilk dəfə məhz Şuşada inşa edilib.

Bundan əlavə, şəhərdə yerüstü elektrik xətləri ləğv ediləcək. Bu xətlər xüsusi izolyasiya olunmuş kabel və beton tunellərdən istifadə edilərək yerin altı ilə paylanacaq. Bu isə hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində yarana biləcək problemlərin qarşısını alacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.