Cəmiyyət

Azərbaycanda psixoloji xidmətlər niyə bahadır? VİDEO

14 Aprel 2022 15:42
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası həm də insanlarda depressiv əlamətlər yaradır. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı infeksiya yayılandan bəri depressiya hallarının 25 % artdığını açıqlayıb. Psixiatr Fuad Bəşirov isə deyir ki, xüsusilə sərt karantin rejimi dövrlərində insanlarda belə əlamətlər daha çox büruzə verməyə başladı. Aqressiya və stress kimi hallar artdı.

Depresiyadan qurtulmağın ən əsas yolu isə psixoloji dəstəkdən keçir. Ancaq bunın qarşılığında tələb olunan ödənişlərhər  kəsin büdcəsinə uyğun deyil. Seansı 40 manatdan başlayan psixoloji xidmətlər 80-100 manata qədər artır. Əgər bu xidmətlər davamlı olarsa, o zaman pasiyent daha çox pul xərcləməlidir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə psixoloqla da əlaqə saxladıq. Pasiyentlərə ofis şəraitindən tutmuş onlayn xidmət göstərənlərə qədər rast gəldik. Qiymətlər isə...

Psixoloq Xatirə Səfərova bildirir ki, mənsub olduğu kateqoriyadan asılı olaraq psixoloqlarıngöstərdikləri xidmətlərin qiyməti də dəyişir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva da ölkədə psixoloji xidmətlərin qiymətinin yuxarı olduğu qənaətindədir.

Kamilə Əliyevanın sözlərinə görə, psixoloji yardım göstərən müəssiələr özəl təşkilatlardır və burada qiymətlər qanunvericiliklə tənzimlənmir. Ancaq sözügedən məsələ Səhiyyə Komitəsində müzakirəyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.