Cəmiyyət

Bakıda minik maşını ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

14 Aprel 2022 08:38
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonunda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik avtomobilini idarə edən sürücü sükana nəzarəti itirib.

Nəticədə minik maşını yol kənarında ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü və iki sərnişini xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtomobil isə yararsız hala düşüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.