Cəmiyyət

Ağsu sakininin başına iş gəldi - Sığorta pulunu başqası aldı - VİDEO

12 Aprel 2022 20:30
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu sakini avtomobilini yenidən sığorta etdirərkən sığorta məbləğinin artdığını öyrənib. Onun iddiasına görə qəza törədən  başqa bir şəxs onun adından sığortaya müraciət edib. Həmin qəza hadisəsi də sığorta məbləğini artırıb. 

İllərdir qəzasız maşın idarə etdiyinə görə avtomobilini siğorta edən zaman hər il nisbətən ucuz etdiyi siğortanın  məbləği birdən-birə artıb. Halbuki müqaviləyə əsasən ödəməli olduğu sığorta haqqının məbləği azalmalı idi.

Ağsu rayon Bico kənd  sakini  Müşviq Zeynalov ona məxsus avtomobilini icbari qaydada siğorta elətdirib. Sığortasının vaxtı bitən zaman yenidən müraciət edəndə gözləmədiyi suprizlə qarşılaşıb.

Başına gələn hadisədən narahat olan müsahibiz məsələni araşdırdıqda onun yerinə başqa bir adamın şirkət tərəfindən sığorta elədildiyi məlum olub.

Vətəndaşın müqavilə bağladığı sığorta şirkətindən xəzər xəbərə bildirildi ki,  şəxsin adında əvvəlki illərdə gün itirməmə görsənməyibsə, sığorta davamiyyətlə öz adına yaradılıbsa nə qədər sığorta müqaviləsinin, bonusun olduğu, habelə indiyə kimi olan qəzaları portalda görünür. Sürücü elektron formada şəxsiyyət vəsiqəsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsini göndərərsə ona cavab veriləcək. Problem həll edilməzsə vətəndaş məhkəməyə müraciət edə bilər- deyə şirkətdən bildirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.